"Süranə geyçimini ipəzorladı" 14 İyul 21:49

"Süranə geyçimini ipəzorladı"

"Geyçim", "İpəzor" və "Süranə" sözlərinin dilimizə daxil edildiyi təkzib edilir.

Dilimizə daxil olan yeni sözlər son günlər narahatlığa səbəb olub. Bunu sosial şəbəkələrdə yayılan paylaşımlardan da görmək mümkündür. Məsələn sürücü qadına “süranə”, paltar sancağına “ipəzor”, çimərlik geyiminə isə “geyçim” deyirlər.

Indi bu sözləri birləşdirsək və cümlə halına gətirsək belə çıxır ki biz “sürücü qadın çimərlik geyimini sancaqladı” əvəzinə “süranə geyçimi ipəzorladı” deməliyik?

Qəribəsi də odur ki, bu sözlər “Azərbaycan dilinə daxil edilmiş yeni sözlər” başlığı altında paylaşılır. Professor Nizami Cəfərov isə iddia edir ki, bu sözlər rəsmi şəkildə dilimizə daxil edilməyib və edilə də bilməz.

Azərbaycan dilinə yeni sözlərin daxil edilməsinin qaydası var. Məsələn, anə şəkilçisi sadəcə sifətə aid edilə bilər. Sözlər qulağa yatmırsa, işlənə də bilməz.

Onsuzda öz dilimizdə danışanlara elə özümüz qəribə baxırdıq. Şəhərin mərkəzində mağazalara, hətta kafe və restoranlara yolumuz düşəndə bizimlə ya rus, ya da ingilis dilində danışırlar.

Adam elə bilir ki, hansısa əcnəbi ölkələrdən birindədir. İndi də bu yeni kimi təqdim olunan bu sözlərin ictimai fikrə yeridilməsi. Belə çıxır ki, Azərbaycan dili təhlükə altındadır. Deyəsən həyəcan təbili çalmağın vaxtı çatıb. Əks təqdirdə, dilimiz hələ çox təcavüzə məruz qalacaq.