Suriyada döyüşlər gərgin hal alıb 13 İyul 09:22

Suriyada döyüşlər gərgin hal alıb

Hələbdə silahlı qarşıdurmalar intensivləşib.

Suriyanın Hələb vilayətində hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər intensivləşib. ANS PRESS-in məlumatına görə, vəziyyətlə əlaqədar üsyançıların nəzarəti altında olan bölgələrə humanitar yardımın çatdırılması prosesi çətinləşib.

Qaçqın düşərgələrinə gedən yolların bağlanması belə bir vəziyyətə gətirib çıxarıb. BMT-nin mətbuat katibi Alessandra Velluçi ötən həftəsonundan etibarən Hələbin şərq hissəsinə giriş-çıxışın mümkün olmadığını deyib.

Velluçinin sözlərinə görə, azı 300 min insanın ərzaq tələbatı həmin yoldan asılıdır. Şəhərdə hesablamalara nəticəsində 36 min insan evlərindən qaçqın düşdüyü müəyyən olunub. Onlar özlərinə sığınacaq axtarırlar. Ən çox əziyyət çəkənlərin qadınlar və uşaqlar olduğu bildirilib. Ehtiyacı olan insanlara humanitar yardım aparmaq üçün gediş-gəliş məhdudlaşdırılıb. Hazırda bölgədə intensivləşən döyüşlər və təhlükəsizlik xidmətinin olmamasını yardım etməyi çətin hala gətirib.

Son iki gündə bölgədə gedən döyüşlər zamanı 8 nəfər öldürülüb, 59 nəfər yaralanıb. Döyüşlərdə, eyni zamanda, BMT-nin iki sülhməramlısı da həlak olub.

Enter some text