"Tottenhem" bombardirlə "bombaladı" 12 İyul 18:55

"Tottenhem" bombardirlə "bombaladı"

İngilislərdən 20 milyonluq transfer.

İngiltərənin "Tottenhem" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. ANS PRESS-in məlumatına görə, London təmsilçisi Vinsent Yansseni transfer edib.

Bu keçid üçün ingilislər "Az Alkmaar" klubuna 20 milyon avro ödəyib. Hücumçu ilə 4 illik sözləşmə imzalanıb. 22 yaşlı hücumçu ötən mövsüm Hollandiya çempionatında meydana çıxdığı 34 oyunda 27 qol vuraraq bombardir olub.

Vinsent Yanssen
Vinsent Yanssen

Bundan əvvəl "Tottenhem" klubu "Sauthempton"un yarımmüdafiəçisi Viktor Vanyama ilə müqavilə imzalamışdı. London klubunun yay fasiləsində ilk transferi olan 24 yaşlı futbolçu 5 illik müqaviləyə qol çəkib. "Tottenhem" keçən il Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olub.