Tovuzda ağır qəza baş verib, ölən və yaralananlar var 12 İyul 22:36

Tovuzda ağır qəza baş verib, ölən və yaralananlar var

Hadisə rayonun Ağbulaq kəndi ərazisində baş verib.

Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, bu barədə APA-nın Qərb bürosu məlumat verib. Hadisə rayonun Ağbulaq kəndi ərazisində baş verib.

Qəza zamanı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb, meyit isə ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Tovuz rayon Şöbəsinə göndərilib. 

Hadisə yerində Tovuz rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıb.