"Tramp ölkə üçün təhlükədir" 14 İyul 07:34

"Tramp ölkə üçün təhlükədir"

Prezidentliyə namizəd rəqibi haqqında alovlu sözlər dedi.

"Bizə dağıdıcı deyil, birləşdirici prezident lazımdır. Ona görə də hesab edirəm ki, Donald Tramp ölkəmiz üçün təhlükəlidir". ANS PRESS-in məlumatına görə, bunu ABŞ prezidentliyinə iddiaçı Hillari Klinton ölkənin İllinoys ştatının Sprinqfild şəhərindəki seçkiqabağı mitinqdə bildirib.

Onun sözlərinə görə, milyader Donald Trampın seçki kampaniyası "elə dağıdıcıdır ki, indiyəcən belə təbliğata rast gəlinməyib".

Prezidentliyə namizəd bildirib ki, onun Respublikaçılar Partiyasından olacaq rəqibi çıxışları ilə ABŞ əhalisini bir-birinə qarşı qoyur. O, Trampın müsəlmanlar, azlıqlar və qadınlar haqda söylədikləri mənfi fikirlərə diqqət çəkib. H.Klinton rəqibinin ABŞ cəmiyətini parçaladığını vurğulayıb.

İyulun 18-21-də Ohayo ştatının Klivlend şəhərində Respbulikaçılar Partiyasının qurultayında Donald Tramp prezidentliyə rəsmi namizəd olaraq irəli sürüləcək. İyulun 25-28-də isə Demokratlar Partiyası Pensilvaniya ştatının Filadelfiya şəhərində Hillari Klintonun ölkə prezidentliyinə namizədliyinin rəsmiləşdirəcəklər.