Türk klubları meydana bayraqlarla çıxacaq 16 İyul 20:27

Türk klubları meydana bayraqlarla çıxacaq

Hazırkı rejimə dəstək olundu.

Yeni mövsümün hazırlıqlarını davam etdirən Türkiyə klubları keçirəcəkləri yoldaşlıq matçlarına ölkə bayraqları ilə çıxacaq. 

ANS PRESS-in məlumatına görə, bu barədə Klublar Komitəsi qərar verib. Buna səbəb isə ötən gecə qardaş ölkədə hərbi çevrilişə cəhd göstərilməsidi. Klublar Komitəsi hazırkı rejimə dəstək üçün belə bir addımın vacibliyini qeyd edib.

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə dövlət çevrilişinə cəhd olduğunu qeyd edib. 

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını deyirlər. Rəsmi olaraq 1563 nəfər həbs edilib. Türkiyədə ümumilikdə 194 nəfər həyatını itirib (90 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.