Türk Ulduzları Bakıda 15 il əvvəlki rekordlarını təkarlamaq istəyir 14 İyul 14:40

Türk Ulduzları Bakıda 15 il əvvəlki rekordlarını təkarlamaq istəyir

Türk pilotlar 1 milyondan çox insanın iştirakı ilə aviaşou təşkil edəcəklər.

Türkiyə Hərbi Hava Qüvvələri 2001-ci ildə Azərbaycanda imza atdıqları rekordu təkrarlamaq istəyir.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Türk  Ulduzları 2001-ci il avqustun 24-də Bakıda 1 milyondan çox insanın izlədiyi avişounu ölkənin Malatya və Elazığ şəhərlərində təkrarlamağı qarşısına məqsəd qoyub. 

Onlar iyulun 30-da Elazığ, iyunlun 31-də isə Malatya şəhərində on minlərlə insan qarşısında çıxış edəcəklər.

Amma aviaşouda nə qədər tamaşaçının olacağı barədə məlumat yoxdur. 

1992-ci ildən bəri türk ulduzları  23 ölkədə 10 milyondan çox tamaşaçıya həyəcanlı aviaşou göstəriblər. Türk Ulduzları dünyada səsdən sürətli döyüş təyyarələrinin olduğu tək pilot qrupudur.

Türk Ulduzları qrup komandiri pilot  Şenol Çetin onların Türkiyə  Silahlı Qüvvətlərinin göydəki milli komandası olduğunu deyib. Çetin şəhidlər üçün uçduqlarını bildirib.

Türk Ulduzlarının aviaşousu (2001-ci il 24 avqust)

Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları 2001-ci il avqustun 24-də Bakıda aviaşou nümaiyiş etdiriblər. Həmin vaxt şounu 1 milyondan çox insan izləyib. Aviaşou Xəzər dənizinin və Bakı şəhərinin üzərində təşkil edilib. Şou zamanı pilotlar  dənizdə və quruda təhlükəli manevrlər etməklə tamaşaçılara həyəcanlı anlar yaşadıblar.