Türkiyə səfiri Alper Coşkun "Hesabat"ın qonağı olub 17 İyul 23:55

Türkiyə səfiri Alper Coşkun "Hesabat"ın qonağı olub

"Biz savaşçı bir xalqıq, müstəqilliyimizə, namusumuza, torpağımıza sahib çıxmış bir millətik".

Türkiyədə hərbi çevrilişə cəhd zamanı əlini qaldırıb təslim olanlar Türkiyə Silahlı qüvvələrinin əsgəri deyil. 

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun bu sözləri ANS TV-nin "Hesabat" verilişində Mir Şahinin suallarını javablandıran zaman bildirib. 

"Sadəcə, Türkiyə Silahlı Qüvvələrinin içində ağlını itirmiş insanlar təslim oldu. Doğrudur, o tablo uniformada olan insanların ortaya qoyduğu bir tablodur. Amma bu, Silahlı Qüvvələrin təslim olması demək deyil",- deyə Alpur Coşkun vurğulayıb.

Türkiyə səfiri bu insanların əməllərinə görə Türkiyə Silahlı Qüvvələrinin gözdən salınmamalı olduğunu vurğulayıb: "Türkiyə Cumhuriyyəti bayaq sayılan təhlükələrlə üz-üzə olan dövlətdir. Bir də tarixi olaraq biz savaşçı bir xalqıq. Müstəqilliyimizə, namusumuza, torpağımıza sahib çıxmış bir millətik. Hər bir fədakarlığı etməklə bunu yerinə yetirənlər, təbii ki, Silahlı Qüvvlərimiz olub".         
 

Alper Coşkun Türkiyədə baş vermiş hadisələr barədə 1
Alper Coşkun Türkiyədə baş vermiş hadisələr barədə 2