Türkiyə Super Liqası bu insanın şərəfinə adlandırıldı 14 İyul 14:21

Türkiyə Super Liqası bu insanın şərəfinə adlandırıldı

Çempionata "Qalatasaray"ın əfsanəsinin ismi verildi.

Türkiyə Super Liqasının yeni mövsümdə adı bəlli olub. ANS PRESS-in məlumatına görə, qardaş ölkənin əsas çempionatı 2016-2017 mövsümündə Turqay Şerenin şərəfində adlandırılacaq.

Bu barədə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar verib. Komitənin ötən gün keçirilən iclasında 84 yaşında dünyasını dəyişən Türkiyə millisinin əfsanəvi qapıçısının adının çempionata verilməsi məsələsi reallaşıb. Bununla da Seleyman Seba və Hasanın Doğanın ardından növbəti dəfə bir şəxsin adına çempionat keçiriləcək. “Qalatasaray”ın əfsanəvi qapıçısı Turqay Şeren iyulun 7-də vəfat edib.

1468449323_eren
1468449323_eren

Turqay Şeren 1932-ci ildə anadan olub və futbola "Qalatasaray"da başlayıb. Futbolçu kimi "Qalatasaray"da yetişib və bütün karyerasını bu komandada keçirib. Karyerasını İstanbul təmsilçisinə həsr edən qolkiper milli komandaya qədər yüksəlib və 1954-cü ilin dünya çempionatının final mərhələsində çıxış edib. O, yığma forması ilə 46 dəfə meydanda olub. 1951-ci ildə Qərbi Almaniya ilə Berlində keçirilən və Türkiyənin 2-1 qələbəsi ilə başa çatan qarşılaşmada parlaq oyunundan sonra "Berlin panteri" ləqəbini alıb. 1954-cü il dünya çempionatında Türkiyə milli komandasının qapısını qoruyub. Futbolçu karyerasını tamamladıqdan sonra bir müddət məşqçilik, daha sonra isə şərhçiliklə məşğul olub.