Türkiyə və İran sərhədi bağlandı 14 İyul 17:54

Türkiyə və İran sərhədi bağlandı

Sərhədə yaxın ərazidə partlayıcı maddə aşkar olunub.

Türkiyənin İrana açılan ən əhəmiyyətli sərhəd qapısı bağlanıb. ANS PRESS-in məlumatına görə, iki ölkə arasında olan Ağrı Gürbulak Sərhəd Qapısı səhər saatlaçrında hər iki istiqamətdə fəaliyyətini dayandırıb. 

Təhlükəsizlik orqanları sərhəd qapısına çox yaxın bir məsafədə partlaması mümkün ola bilən bir maddə aşkar edib.
Torpaq altına basdırılan bir qabdan uzanan kabellərin sərhəd qapısına qədər uzandığı ortaya çıxıb. 
 
Jandarm və polislər ərazini dərhal nəzarət altına alarkən, gömrük mühafizə vəzifəliləri də sərhədin giriş və çıxışını bağlayıb.