Türkiyədə daha bir general saxlanıldı 17 İyul 04:47

Türkiyədə daha bir general saxlanıldı

Türkiyədə yüksək vəzifəli hərbçilərin saxlanılması üçün əməliyyatlar davam edir.

Türkiyədə daha bir general saxlanıldı. İstanbulda hərbi çevrilişə cəhdə görə aparılan xüsusi əməliyyat çərçivəsində 12-ci hərbi hava bazasının komandanı general-mayor Camal Akyıldız saxlanılıb.

Bundan əvvəl Türkiyə II Ordusunun komandanı Adəm Huduti, Balıkəsirdəki hərbi hava bazasının komandanı general-leytenant İshaq Dayıoğlu, Malatya qarnizonunun komandanı general-mayor Avni Anqun, III piyada diviziyasının komandanı general-leytenant Xəlil İbrahim Engin və Denizli qarnizonunun komandanı general-mayor Kamil Özhan Özbakır saxlanılıb.

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.