Türkiyədəki çevrilişə məşhurlar da reaksiya verdi 16 İyul 17:31

Türkiyədəki çevrilişə məşhurlar da reaksiya verdi

Onlar müxtəlif statuslar yazaraq, öz mövqelərini bildiriblər.

Türkiyədə baş verən hərbi çevrilişlərə türk məşhurları da biganə qalmayıb. ANS PRESS-in məlumatına görə, Türkiyənin məşhur simaları hadisədən üzüntülərini sosial səhifələrində yazaraq, hadisəyə reaksiya veriblər.

İfaçı Hadisə öz "İnstagram" hesabında türk bayrağının şəklini paylaşaraq, "Dünənki gecə kimi qaranlıq gecəni bir daha yaşamamaq şərti ilə keçmiş olsun" sözlərini yazıb. 

Müğənni Gülbən Ergən isə "Bu əlləri ayıra bilməyəcəksiniz, bu vətəni bölə bilməyəcəksiniz" sözlərinin yazıldığı şəkli paylaşıb.