Türkiyənin məşhur siması oğlu ilə bərabər öldü 16 İyul 07:38

Türkiyənin məşhur siması oğlu ilə bərabər öldü

Erol Olçakı və onun 16 yaşlı oğlunu gülləliyiblər.

Türkiyədə hərbi çevriliş edənlər Erol Olçakı və onun 16 yaşlı oğlunu gülləliyiblər. ANS PRESS-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğanın tərəfində olan ata balanı  Boğaziçi Körpüsündə öldürüblər.

Bu gecə Türkiyədə hərbi çevrilişə cəlb olunub. Ölkədə komendant saatı elan olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə saatdan sonra xalqa müraciət edəcək. Ərdoğanın təyyarə ilə Atatürk hava limanına gəlib.

Türkiyədə hərbi çevriliş zamanı 17 polis əməkdaşı şəhid olub. ANS PRESS-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Ankarada havadan Gölbaşı Özəl Hərəkət Dairə Başqanlığına endirilən zərbə nəticəsində 17 polis həlak olub. 

Eyni zamanda iddia olunur ki, Ərdoğan tərəfdarları dövlətə qarşı çıxanların hərbi təyyarəsini vurublar.

Türkiyə KİV-nin məlumatına görə, dövlət çevirilişinə cəhd edən 1 general 3 zabit və 25 əsgər hebs olunub.