Türkiyənin ordu generalı həbs olundu 16 İyul 23:12

Türkiyənin ordu generalı həbs olundu

Adəm Huduti hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb.

Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs edilib. ANS PRESS-in məlumatına görə, ordu generalı A.Huduti və Ordu Qərargahının rəisi general-mayor Avni Angun hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb.

Hərbçilər  gün ərzində həbs edilən ən yüksək rütbəli zabitlərdir. Malatya qarnizonunun komandanı, general Avni Anqundən əlavə  2 general da həbs edilib. Malatyada keçirilən əməliyyatda mayor Fatih Kılınç öldürülüb.

Qərargahı Malatyada yerləşən 2-ci ordu İran, İraq və Suriya istiqamətlərinin müdafiəsinə cavabdehdir. 2-ci ordunun 120 min hərbi və mülki personalı var. 

Ordu generalı Adəm Huduti və general Erdal Öztürk - həbs olunan yüksək rütbəli hərbçilər.
Ordu generalı Adəm Huduti və general Erdal Öztürk - həbs olunan yüksək rütbəli hərbçilər.

Dövlət çevrilişinin qarşısı alındıqdan sonra ölkədə 2900 hərbçi həbs edilib, 2745 hakim və prokuror vəzifəsindən azad olunub. Türkiyə prezidenti isə əhalini küçələrə çıxmağa çağırıb.