Vatikan Papanın portreti üçün azərbaycanlı rəssamı seçdi 15 İyul 13:20

Vatikan Papanın portreti üçün azərbaycanlı rəssamı seçdi

Portret artıq Roma Papasına təqdim olunub və bəyənilib.

Roma Papasının portretinin hazırlanması azərbayanlı heykəltaraşa həvalə olunub. ANS PRESS-in məlumatına görə, heykəltəraş Zeynalabdin İsgəndərov Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Roma papası Fransiskin portretini hazırlayıb.

Bunun üçün o, Romaya dəvət edilib. Xüsusi materialdan hazırlanan portret sonra Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyində Roma Papasının Mədəniyyət məsələləri üzrə nümayəndəsi Monsignor Sancez de Toca Alameyde tərəfindən yüksək qiymətləndirilib və o, bunu yüksək sənət incisi adlandırıb.

Azərbaycanlı heykəltaraş Zeynalabdin İsgəndərov Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyinə ona göstərilən diqqətə görə təşəkkürünü bildirib. Portret artıq Müqəddəs Roma Papasına təqdim olunub və onun tərəfindən yüksək qiymətləndirilib.

Roma Papasının bu ilin payızında Azərbaycana səfəri gözlənilir. Məlumata görə, səfər oktyabrın 2-də olacfaq. Bundan öncə isə o Gürcüstanda olacaq.