Vəkildən zorla pul tələb edən avtoritetin tutulma anı kameralara hək olundu 14 İyul 14:16

Vəkildən zorla pul tələb edən avtoritetin tutulma anı kameralara hək olundu

Vəkilin 24 300 manatlıq maşını zorla əlindən alınıb.

Rusiyanın Surqut şəhərində kriminal avtoritet saxlanılıb. ANS PRESS-in məlumatına görə, 41 yaşlı Surqut  sakininin tutulması üçün xüsusi əməliyyat keçirilib.

Avtoritetin tutulma əməliyatını “UBOP” və “SOBR” xüsusi təyinatlı dəstənin əməkdaşları həyata keçirib. Hələlik adı açıqlanmayan kriminal avtoritet vəkildən zorla pul tələb etmə ittihamları ilə həbs edilib. O, tanış vəkilini fiziki güclə təhdid edərək 250 min rubl (6 075 manat) və milyon rubl (24 300 manat) dəyərində olan avtomobili ona verməyə məcbur edib. Daha sonra cinayətkar ödəmə məbləğini artırmağı tələb edib. Bir müddət sonra zorla pul tələb etmə sistematik hal alıb və döyülmələrlə müşayiət olunub.

“Faktla bağlı cinayət işi açılıb. Hazırda işlə bağlı araşdırmalar aparılır", - deyə Rusiya istintaq komitəsinin baş köməkçisi Alina Nikiforova bildirib.

Bir neçə gün əvvəl də Rusiyada "qanuni oğru" həbs olunub. "Şakro Molodoy" ləqəbli Kalaşov Zaxar 3 ay və 3 gün azadlıqdan məhrum olunub.  

Moskvanın Tver məhkəməsinin qərarı ilə qanuni oğruya hökm oxunub. Aslan Usoyanın (“Ded Xasan”) varisi ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışma ilə bağlı saxlanılıb. Ötən gün kriminal avtoritetin evində axtarışlar aparılıb. Avtoritetin dəbdəbəli evi muzeydən fərqlənməyib. Axtarış zamanı polislər evdən iki “Makarov” tapancası, “F-1” qumbarası, həmçinin böyük məbləğdə xarici valyuta aşkar edib.