Velosipeddən yıxılan uşağın ayağına armatur batdı 13 İyul 11:13

Velosipeddən yıxılan uşağın ayağına armatur batdı

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Ağdamda 7 yaşlı uşağın ayağına armatur batıb. Hadisə rayonun Çəmənli kəndində baş verib. ANS PRESS-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdam rayonu, Çəmənli kəndində 1 nəfərin ayağına armatur batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Qarabağ Regional Mərkəzinın xilasediciləri hadisə yerinə cəlb olunaraq armaturu kəsib və zərərçəkmişi ailəsinə təhvil veriblər.

Xəsarət alan uşaq dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona müvafiq tibbi yardım göstərilib.  

Xəstəxanadan bildirdilər ki, ayağına armatur batan uşaq 2009-cu il təvəllüdlü Bayramlı Rəvan Qədər oğludur. Onu xəstəxanaya gecə saatlarında çatdırıblar. "Armatur onun bud nahiyəsinə girib. Tibbi yardım göstərildi və vəziyyəti normallaşdığı üçün evə buraxıldı. O, velosiped sürərkən yıxılıb, hadisə də məhz bu zaman baş verib", -deyə xəstəxanadan bildirdilər.