Xəzərdə zəlzələ oldu 14 İyul 09:12

Xəzərdə zəlzələ oldu

Gecə saatlarında dənizdə yeraltı təkanlar müşahidə olundu.

Xəzər dənizində 3,3 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 22:23-də baş verib. Zəlzələnin ocağı yer səthindən 30 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələnin qeydə alındığı nöqtə
Zəlzələnin qeydə alındığı nöqtə

Azərbaycan-Gürcüstan sərhədində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar saat 10:14-də Qazaxdan 94 km şimal-qərbdə, Gürcüstan ərazisində qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 5.2, dərinliyi 13 km olub. Zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində 3 baldan artıq hiss olunub