XİN Türkiyədəki azərbaycanlılara çağırış etdi 16 İyul 13:37

XİN Türkiyədəki azərbaycanlılara çağırış etdi

"Vətəndaşlarımız Türkiyə hökümətinin müəyyən etdiyi təhlükəsizlik qaydalarına riayət etsinlər".

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyədə yaşayan azərbaycanlılara müraciət edib. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə açıqlamasında deyib.

"Azərbaycanın diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hazırda Türkiyədə olan vətəndaşlarımıza tövsiyyə edirik ki, Türkiyə hökümətinin müəyyən etdiyi təhlükəsizlik qaydalarına riayət etsinlər və kütləvi yerlərdən kənar dursunlar", - deyə Nazirliyin rəsmisi qeyd etdi.

Hikmət Hacıyev - XİN-in mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev - XİN-in mətbuat xidmətinin rəhbəri

Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı bir sıra dünya ölkələrinin Xarici İşlər Nazirliyi, o cümlədən, Avstriya və İranın da XİN-yi Türkiyədə olan əhalisinə müraciət edərək, insanların toplaşdığı ərazilərdə olamamağı məsləhət görüblər. 

Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir. Ərdoğan hazırda da ölkənin rəhbəri olduğunu bildirib.

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyənədək, rəsmi olaraq 336 nəfər həbs edilib. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm iki dəfə çoxdur - 734. 

Ən son məlumatlar görə, Türkiyədəki hərbi çevrlişə cəhdin qarşısı alınıb və 194 əsgər öldürülüb.