Yamalda güclü yanğın, 8 nəfər öldü 16 İyul 17:59

Yamalda güclü yanğın, 8 nəfər öldü

Hadisə qaz balonunun partlamsı nəticəsində baş verib.

Rusiyanın Yamal-Nen muxtar vilayətində yaşayış evində güclü yanğın baş verib. ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 8 nəfər ölüb.

Region üzrə Fövqəladə hallar Nazirliyinin verdiyi məlumata görə, hadisə Yamal şəhərində Kiyev küçəsində baş verib. Burada iki mərtəbəli taxta bina tamamilə yanaraq külə dönüb. İnsident nəticəsində 7 nəfər böyük, bir nəfər isə uşaq olmaqla ümumilikdə 8 nəfər ölüb, 1 nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. 

Hadisə yerinə dərhal yanğınsöndürən və təcili yardım maşınları gəlib. Yanan binadan 37 nəfər təxliyə olunub. 

İlkin versiya kimi binanın yanmasına səbəb qaz balonunun partlamsı göstərilir. 

Yamal-Nen qubernatoru Dmitri Коbılkin zərər çəkənlərə bütün zəruri yardım göstərilməsi tapşırığını verib. 

"Qubernator vəziyyəti nəzarətdə saxlayır. O, bütün müavinlərə dərhal işə başlamağı tapşırıb. Kimə ki, yanğınla bağlı zərər dəyib, ona operativ şəkildə, tam lazımi kömək göstəriləcək: evləri yananlara tibbi, psixoloji dəstəklə yanaşı, maddi dəstək də vacibdir. Bütün bunlar sürətlə və keyfiyyətlə görülməlidir", - deyə qubernator göstəriş verib.

O, eyni zamanda, həlak olanların ailələrinə baş sağlığı verib, zərərçəkənlərə isə tezliklə sağalmağı arzulayıb. 

Kobılkin yanğınla bağlı operativ qərargahın yaradıldığını da bildirib.