Yeni hökümət başçısı sabiq meri nazir etdi 14 İyul 03:09

Yeni hökümət başçısı sabiq meri nazir etdi

Daxili işlər naziri vəzifəsinə isə sabiq energetika naziri Amber Radd gətirilib.

Böyük Britaniyanın yeni baş naziri Tereza Mey Hökumətin tərkibi məlum edib. ANS PRESS-in məlumatına görə, Londonun sabiq meri Boris Conson Xarici İşləır Naziri  təyin olunub. O, Filip Hammond əvəz edib.

Böyük Britaniyanın sabiq XİN rəhbəri bundan sonra maliyyə nazirliyinə rəhbərlik edəcək. Daxili işlər naziri vəzifəsinə isə sabiq energetika naziri Amber Radd gətirilib. Müdafiə naziri Maykl Fellon öz vəzifəsində qalıb.

Mühafizəkarlar Partiyasının lideri Tereza Mey bu gün rəsmən Böyük Britaniyanın yeni baş naziri təyin edilib  Kraliça II Yelizaveta ona rəsmi olaraq yeni hökuməti formalaşdırmağı tapşırıb. 

Kraliça II Yelizeveta Tereza Meyi hökümət başçısı edib.
Kraliça II Yelizeveta Tereza Meyi hökümət başçısı edib.