Yıldırım üsyançı hərbçlərə müraciət etdi 16 İyul 04:56

Yıldırım üsyançı hərbçlərə müraciət etdi

Ərdoğan isə “gəlib nə edə bilirlər etsinlər” deyib.

Türkiyənin baş naziri çevrilişə cəhd edilən hərbçilərə müraciət edib.

ANS PRESS-in məlumatına görə, “Kanal 7” televiziyası ilə canlı yayıma çıxan Yıldırım deyib ki, strateji nöqtələrdə təyyarələrə ucuş qadağan edilib. “Prezident sarayı daxil olmaqla digər strateji nöqtələrdə uçuş həyata keçirilərsə həmin təyyarələr vurulacaq”,-deyə baş nazir bildirib.

Binali Yıldırımın sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan bu azlıq təşkil edən qrup xalqın üstünə gəlib heç nə edə bilməyəcəyini bildirib. “Gəlib nə edə bilirlər etsinlər”.

Ərdoğan bu açıqlamaları Muğla şəhərinin Marmaris şəhərindən verib.

O, deyib ki, mən 45 milyon insanın səsi ilə seçilib.