Zabit minaya düşdü 15 İyul 08:07

Zabit minaya düşdü

Azərbaycan hərbçisi həyatını itirib.

Azərbaycan ordusunun zabiti Toğrul Məmmədov həlak olub. ANS PRESS-in məlumatına görə, Toğrul Məmmədov minaya düşüb. Hadisə iyulun 14-də cəbhənin Ağdam istiqamətində baş verib.

Bir neçə ay öncə Qazax rayon sakini də minaya düşüb. Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kamandar İbrahimovun verdiyi məlumata görə, hadisə 14 may səhər saat 05:00 radələrində rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

Kənd sakini Vəzir Vəliyev örüş sahəsində minaya düşüb. Yaralı Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Mərkəzdən verilən məlumata görə, partlayış nəticəsində kənd sakininin ayağı qopub. 

Qazaxda bənzər hadisə aprel ayında da baş verib. Xanlıqlar kəndinin 25 yaşlı sakini minaya düşmüşdü. Kənd sakini 1991-ci il təvəllüdlü Abbasov Kamal Elman oğlu yabanı bitki yığmaq üçün düşmənlə təmas xəttinə yaxın əraziyə gedib və orada minaya düşüb.